Ərdoğan ABŞ-a səfər edəcək

Ərdoğan ABŞ-a səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-a səfər edəcək.

ONN media xəbər verir ki, səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi gözlənlir.

Bildirilib ki, Ərdoğan Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək.

Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır, ona BMT-nin 193 üzvünün hamısı daxildir.

Assambleyanın əsas iclası hər ilin sentyabr-dekabr aylarında keçirilir.Bundan əlavə, Türkiyə prezidenti sentyabr ayında G20 liderlər zirvəsində iştirak edəcək.

Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Geri qayıt