Mbappe müqaviləyə imza atdı - Gözlənilməz seçim

Kilian Mbappe PSJ ilə müqaviləsini yeniləyib.
ONN media xəbər verir ki, bu barədə tanınmış jurnalist Marko Konterio açıqlama verib. Onun iddiasına görə, Mbappe PSJ ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. Məlumata görə, müqavilədə Mbppeyə gələn mövsüm ödənilməsi nəzərdə tutulan bonuslar da yer alıb.
Hələlik müqavilə barədə rəsmi açıqlama verilməyib.Qeyd edək ki, bundan əvvəl Kilian Mbappenin PSJ-nin son təklifini rədd etdiyi barədə məlumatlar dərc edilmişdi.