"Azərpoçt" bununla bağlı XƏBƏRDARLIQ ETDİ

Kiberdələduzlar sosial şəbəkələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ”Azərpoçt” MMC-nin adından “Azerpost” adlı saxta səhifə yaradaraq sahibsiz qalan mal tərkibli bağlamaları 5,50 manata satışa çıxarıb.
Bu barədə qurumdan məlumat verilib.
“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.