Ukrayna Qarabağdakı “seçkiləri” pislədi

Ukrayna Qarabağdakı “seçkiləri” pislədi

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

ONN media xəbər verir ki, bəyanat Ukrayna XİN-nin saytında yerləşdirilib.ƏtraflıQeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:

“Ukrayna bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.

Qeyd edək ki, Samvel Şahramanyan bu gün Qarabağdakı erməni seperatçıların yeni başçısı olub.

Geri qayıt