AB Fərhad Əhmədovu sanksiya siyahısından çıxardı

Avropa Birliyi bir neçə rusiyalı milyarderi sanksiya siyahısından çıxarıb.
ONN media xəbər verir ki, bu barədə qurumun yaydığı siyahıda qeyd olunub.
Məlumata görə, azərbaycanlı milyarder Fərhad Əhmədov, OZON-un keçmiş rəhbəri Aleksandr Şulqin, biznesmen Qriqori Beryozkin və ötən ilin okyabrında Xersonda öldürülən rusiyalı polkovnik Georgi Şuvayev AB-nin sanksiya siyahısından çıxarılıblar.