İranda iki zabit öldürüldü

Sentyabrın 16-sı səhər saatlarında Cənubi Xorasan əyalətinin Nəhbəndan bölgəsində polis zabitləri Həsən Tahiri və Səccad Zare Müqəddəm öldülüb, leytenant Rüstəm Təngsar ağır yaralanıb.
ONN media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onların narkotik qaçaqmalçıları ilə atışma zamanı həlak olduğu bildirilib.