İranda aksiyaya çağırış edən fəallar həbs edildi

İranda aksiyaya çağırış edən fəallar həbs edildi

İranın azərbaycanlıların kompakt yaşadığı Əlburz əyalətinin Savucbulaq şəhərində bir neçə fəal təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

ONN media xəbər verir ki, onların vətəndaşları kütləvi etiraz aksiyalarına çağırdıqlarına görə tutulduqları bildirilib.

Həbs edilənlərin sayı və kimlikləri barədə açıqlama verilməyib.

Onlardan xeyli silah-sursat götürüldüyü iddia edilib.

Geri qayıt