Paytaxtın Nərimanov rayonunda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Paytaxtın Nərimanov rayonunda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

ONN media xəbər verir ki, Ziya Bünyadov prospektində bir neçə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Baxşıyev Elməddin Telman oğlu və daha bir nəfər (ad-soyad dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Geri qayıt