Ərdoğan Təhlükəsizlik Şurası ilə Qarabağı müzakirə edəcək

Ərdoğan Təhlükəsizlik Şurası ilə Qarabağı müzakirə edəcək

Türkiyənin Milli Təhlükəsizlik Şurası sabah prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək.

ONN media TRT-yə istinadən xəbər verir ki, toplantıda milli təhlükəsizlik məsələləri müzakirə olunacaq.

İclas zamanı Azərbaycanın antiterror tədbirləri də müzakirə olunacaq. Prezident Ərdoğanın ABŞ-da BMT Baş Assambleyasının 78-ci iclasından sonra keçiriləcək toplantıda Azərbaycanın Qarabağda uğurla başa vurduğu antiterror tədbirlərinin və regional hadisələrin müzakirə ediləcəyi gözlənilir.

Geri qayıt