Kəmaləddin Heydərov Zəfər parkında - Foto

Kəmaləddin Heydərov Zəfər parkında - Foto

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.

ONN media xəbər verir ki, FHN-dən verilən məlumata görə, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Geri qayıt