Pakistanda dəhşətli partlayış: 34 ölü, 100-dən çox yaralı

Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində partlayış baş verib.
ONN media xəbər verir ki, bu barədə “ARY Nyus” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 34 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Partlayışın səbəbi ilə bağlı məlumat verilməyib.