Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında bildirilib.
"Biz Pakistanın Mastunq və Hanqu şəhərlərində məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Pakistan hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda qeyd olunub.