Müəllimlər üçün pul toplanması yolverilməzdir! - Tapşırıq verildi

Müəllimlər üçün pul toplanması yolverilməzdir! - Tapşırıq verildi

Elm və Təhsil Nazirliyi olaraq bildiririk ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir.

ONN media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq", - deyə qeyd edilib.

Geri qayıt