Heydərov Ramil Səfərovun qardaşına yüksək vəzifə verdi

Heydərov Ramil Səfərovun qardaşına yüksək vəzifə verdi

Polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

ONN media Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Bildirilib ki, İ.Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır.İlqar Səfərovun atası Sahib Səfərov açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib.

Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub.

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Ailəlidir, 3 övladı var.

Geri qayıt