Prezidentin işgüzar səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb
ONN media xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tiflis şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola salıb.