Samirə Əfəndi ailəsi ilə birlikdə İsraili tərk edə bilib

Samirə Əfəndi ailəsi ilə birlikdə İsraili tərk edə bilib

Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.

ONN media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında qeyd edib.

O, hava limanından foto paylaşaraq Tel-Əvivdən İstanbula uçduğunu qeyd edib.

Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.

Geri qayıt