İlham Əliyev İspaniya kralını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın kralı VI Felipeyə təbrik məktubu göndərib.
ONN media məktubun mətnini təqdim edir:
"Əlahəzrət,İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".