Şeyxin polkovnik qohumu işdən çıxarıldı

Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi Elçin Vəliağa oğlu Əligülov vəzifəsindən azad edilib.
ONN media Qaynarinfo.az-a istinadən xəbər verir ki, polkovnik öz istəyi ilə işdən çıxıb.
Onun yerinə müvəqqəti olaraq Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev təyin edilib.
Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.