Əfqanıstanda yenidən güclü zəlzələ baş verdi

Əfqanıstanda yenidən güclü zəlzələ baş verdi

Əfqanıstanın Herat şəhərində 6,3 bal gücündə zəlzələ baş verib.

ONN media-nın məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Yeraltı təkanların ocağı 8,2 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 7-də Heratda baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində 2500-dən çox insan həlak olmuşdu.

Geri qayıt