Premyer Liqa: “Sabah” bu gün “Sumqayıt”ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyun keçiriləcək.
ONN media məlumatına görə, “Sumqayıt” “Sabah”ı qəbul edəcək.
“Kapital Bank Arena”da baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək. Paytaxt klubu 10 xalla 8-ci, “gənclik şəhəri” təmsilçisi 11 xalla 7-ci pillədə qərarlaşıb.