Evlərinə qayıdan Füzuli və Zabux sakinlərinin sevincli anları

Evlərinə qayıdan Füzuli və Zabux sakinlərinin sevincli anları

Laçın rayonunun yenidən salınan Zabux kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

ONN media xəbər verir ki, ilk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülüb. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.

Bundan başqa Füzuli şəhərinə ailələrin birinci köçü avqust ayının 18-də baş tutub.

İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.

Geri qayıt