Moldova, Rumıniya və Ukrayna sərhəd nəzarəti haqqında razılığa gəldilər

Moldova, Rumıniya və Ukrayna malların daşınmasını sürətləndirmək üçün birgə sərhəd nəzarəti haqqında razılığa gəliblər.
ONN media xəbər verir ki, bu barədə üç ölkənin hökumət nümayəndələrinin Kişinyovda keçirilən görüşündə razılıq əldə olunub.
"Tərəflər sərhəd-keçid proseslərini optimallaşdırmaq barədə razılığa gəliblər. Bu tədbirlər üç ölkənin ərazisindən malların ixracını, idxalını və tranzitini asanlaşdırmaq üçün nəzərdə tutulub", – Moldova İnfrastruktur Nazirliyi bildirib.