Mingəçevirdə yol qəzası olub- Xəsarət alan var

Mingəçevirdə yol qəzası olub- Xəsarət alan var

Mingəçevirdə avtomobilin aşması nəticəsində sürücü xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.

99-OS-865 dövlət qeydiyyat nişanlı “KİA Sorento” markalı avtomobilin sürücüsü Vidadi Şükürlünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Hadisə nəticəsində sürücü ağır xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt