Ərəbistan ordusu döyüş vəziyyətinə gətirildi- NƏ BAŞ VERİR?

Ərəbistan ordusu döyüş vəziyyətinə gətirildi- NƏ BAŞ VERİR?

Səudiyyə Ərəbistanının ordusu və hava hücumundan müdafiə sistemləri “Ənsar Allah” hərəkatı (husilər) ilə toqquşmalardan sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.

ONN media  xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, müvafiq əmr bir müddət əvvəl üsyançıların Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək cəhdindən sonra krallığın silahlı qüvvələrinin bütün bölmələrinə verilib.

Bunun digər səbəbi isə Yəmənlə sərhəddə yerləşən Cizan əyalətinin cənubunda üsyançılarla toqquşmalar nəticəsində 4 Səudiyyə əsgərinin həlak olmasıdır.

Geri qayıt