Polisdən qaçan sürücü qəza törətdi - 8 nəfər öldü

Polisdən qaçan sürücü qəza törətdi - 8 nəfər öldü

ABŞ-nin Texas ştatında 5 qeyri-qanuni mühaciri daşımaqda şübhəli bilinən avtomobil sürücüsünün polisdən qaçarkən törətdiyi qəzada 8 nəfər ölüb.

ONN Media xəbər verir ki, Texas ştatının İctimai Təhlükəsizlik Departamenti qəzanın yerli vaxtla saat 06:30 radələrində Cənubi Texas şossesində baş verdiyini bildirib. Səlahiyyətlilər qeyd edib ki, 5 qeyri-qanuni mühaciri daşımaqda şübhəli bilinən avtomobilin sürücüsü polisdən qaçmaq istəyərkən qarşı zolaqdan gələn avtomobilə çırpılıb.

Polis qüvvələrinin paylaşdığı fotoşəkillərdə iki avtomobildən birinin yandığı görünür. Qəza nəticəsində 8 nəfərin həyatını itirdiyi açıqlanıb.

Departamentin sözçüsü Kristofer Olivarez ölənlərin bəzilərinin Honduras vətəndaşları olduğu barədə məlumat paylaşıb

Geri qayıt