Seçki komissiyalarına "zəhərli məktublar" göndərildi 

Seçki komissiyalarına "zəhərli məktublar" göndərildi 

ABŞ-ın ən azı dörd ştatında yerli seçki rəsmiləri tərkibində fentanil adlı zəhərli dərmanın olduğu iddia edilən şübhəli məktublar alıb. 

ONN Media xəbər verir ki, bu barədə "New York Times"məlumat yayıb. Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, Vaşinqtonun dörd seçki komissiyasından ən azı ikisinə göndərilən məktublarda fentanilin olduğu üzə çıxıb. Corciya və Kaliforniya ştatlarının seçki komissiyalarına göndərilən məktubların məzmunu nəzərdən keçirilir.

Mütəxəssislər qeyd ediblər ki, fentanil hətta kiçik dozalarda qəbul edildikdə, məsələn, dəri ilə təmasda olduqda, ölümcül ola bilər. Lakin məktublarla təmasda olan işçilərin sağlamlıqlarında hər hansı problem yaranması barədə məlumat verilməyib.

Qeyd olunub ki, ABŞ-da təhdidlərin və seçki saxtakarlığı ittihamlarının artması səbəbindən seçki komissiyalarına belə məktublar gəlməyə başlayıb. Eyni zamanda, ən azı iki məktubda seçkilərin dayandırılmasını tələb edən mesajlar olub. Bununla belə, nəşrdə vurğulanıb ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərində geniş saxtakarlıqlar barədə məlumat verməsindən sonra seçki rəsmilərinin hədələnməsi adi hala çevrilib.

Geri qayıt