Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Burdur şəhərinin Yaşılova rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələnin 13,23 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.