Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Neftçala şəhəri də daxil olmaqla, Neftçala rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azəriqaz İstehsalat Birliyindən verilən məlumata görə, “Ələt-Astara” avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci km-də yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar 15.11.2023-cü il tarixində saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla, rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geri qayıt