Azərbaycan millisi Bosniya ilə qarşılaşdı

Azərbaycan millisi Bosniya ilə qarşılaşdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçını keçirib.

ONN media xəbər verir ki, millimiz Bosniya və Herseqovina seçməsi ilə qarşılaşıb.

Tərəflərin səylərinə baxmayaraq qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, U-19 noyabrın 18-də Niderland, 21-də Lüksemburqla görüşəcək.

Geri qayıt