Bazardakı yanğının açıq alov mənbələri söndürüldü

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.