Türkiyədə yenidən güclü zəlzələ oldu

Türkiyədə yenidən güclü zəlzələ oldu

Türkiyənin Malatya şəhərində 5,2 və 4,7 bal gücündə ardıcıl olaraq zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Üç dəqiqə fərqlə baş verən təkanlardan sonra əhali küçələrə çıxıb.

Episentri Malatyanın Battalqazi ilçəsi olan zəlzələ yerin 6,36 km dərinliyində meydana gəlib.

Zəlzələdən dolayı Daxili İşlər Nazirliyi və AFAD-ın müvafiq strukturları gücləndirilmiş iş rejimə keçib.

Geri qayıt