İtkin düşən Hindistanlı turistlə bağlı YENİ MƏLUMAT

İtkin düşən Hindistanlı turistlə bağlı YENİ MƏLUMAT

2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı turistin axtarışları Rusiya ərazisində davam etdirilir.

ONN media-nın məlumata görə, bu barədə itkin düşən Manikanth Kondaveetinin valideynləri məlumat veriblər.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.

Qeyd edək ki, Hindistan vətəndaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.

Geri qayıt