Bakı metrosunda nasazlıq olub

Bakı metrosunda nasazlıq olub

"Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb.

ONN media xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Qeyd edilib ki, qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib.

Hazırda araşdırma aparılır.

Geri qayıt