Ağdamda mina partlayıb, xəsarət alan var

Ağdamda mina partlayıb.
ONN media xəbər verir ki, hadisə bu gün Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində qeydə alınıb.
Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir.
İlkin məlumata görə, o, ayağından xəsarət alıb.