Rusiyaya daha 45 sanksiya tətbiq olundu

Böyük Britaniya Rusiyaya sanksiyaları genişləndirib.
ONN media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda Böyük Britaniyanın Rusiyaya qarşı 45 yeni sanksiya tətbiq etdiyi bildirilib. Sanksiyalar siyahısına Rusiyanın müdafiə sahəsindəki müəssisələri və bu ölkəyə hərbi komponentlər ixrac edən xarici tədarükçülər daxil edilib.