Rusiyanın bu bölgəsində 30-a yaxın insan itkin düşüb

Rusiyanın Xakasiya Respublikasında 30-a yaxın insan meşəlik ərazidə itkin düşüb.
ONN media xəbər verir ki, hadisə Priiskovoe kəndi yaxınlığında qeydə alınıb.
Məlumata görə, bir neçə turist qrupu gəzintiyə çıxıb. Hava pisləşib, 28 nəfər meşə zolağından çıxa bilməyib və gecəni orada keçirmək qərarına gəliblər.
"Hazırda yerli sakinlər və istirahət edənlər arasından könüllülər tərəfindən xilasetmə əməliyyatı təşkil olunub", - deyə bildirilir.
Həmçinin, havanın aşağı temperaturu, güclü külək və qar fırtınası səbəbindən gecə saatlarında axtarışlara başlamaq mümkün olmayıb.