Neftayırma zavodunda yanğın baş verib

İranın Xorasan vilayətində yerləşən neftayırma zavodunda yanğın baş verib.
ONN media xəbər verir ki, yanacaq saxlamaq üçün ayrılmış anbarda baş verən yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən maşın və xilasedicilər gəlib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Xüsusi xidmət orqanları araşdırmalara başlayıb.