Bakı metrosunda ölüm hadisəsi olub

Saat 6:30 radələrində Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.
Bu barədə ONN media-ya Bakı Metropoliteni QSC-dən bildirilib.
Bildirilib ki, yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım xidməti dəvət olunub, stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar.
Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib.