Sumqayıtda ağır qəza baş verib- Polis əməkdaşı həyatını itirib

Sumqayıtda ağır qəza baş verib- Polis əməkdaşı həyatını itirib

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONN media-ya bildirilib ki, KİA və BMV markalı avtomobillər toqquşub.

Nəticədə BMV markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır

Geri qayıt