Azərbaycana qızılca ilə bağlı vaksinlər gətirilir

Azərbaycana qızılca ilə bağlı ilin sonunadək orta və yaşlı şəxslər üçün vaksinlər gətiriləcək.
ONN media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vaksinlərin gətirilməsini Səhiyyə Nazirliyi təşkil edəcək.