Azərbaycan XİN Çində dağıdıcı zəlzələ ilə bağlı Pekinə başsağlığı verib

Azərbaycan XİN Çində dağıdıcı zəlzələ ilə bağlı Pekinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Çində dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı Pekinə başsağlığı verib.

Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Çində çoxlu insan itkisinə və yaralanmasına səbəb olan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə başsağlığında bildirilib.

Geri qayıt