Qəzzada ölənlərin sayı açıqlandı

Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olanların sayı 21 507 nəfərə çatıb.
ONN media xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Qeyd edilir ki, oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb. Bu rəqəmlərə son 24 saat ərzindəki 187 ölüm də daxildir.