Azərbaycan gözəlinin səhhəti ağırlaşdı
“Miss Azerbaijan-2019” model müsabiqəsinin qalibi Səmra Hüseynovanın səhhətində problem yaranıb.
ONN media xəbər verir ki, model bu barədə Feysbukda yazıb.
“Artıq məcbur qaldım çünki çarə tapılmır. 10 ildən çoxdur bədən ağrılarım var. Oynaqlarım göynəyir. Ancaq antidepresantlarla keyidilirəm. Amma sağalmıram. Bədənim ağrılara tab gətirmir”, – o qeyd edib.
