“Qarabağ” futbolçusunu Çin klubuna satır? - AÇIQLAMA

“Qarabağ” Çinin “Şanxay Şenxua” klubunun Leandro Andradeni heyətinə qatmaq istəməsinə münasibət bildirib.
Bu barədə ONN media-ya Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlama verib.
“Demək olar ki, bir neçə oyunçumuza təkliflər var. Amma dəqiqləşən bir şey yoxdur”, - deyə klub rəsmisi bildirib.