Sükanda canlı yayım açan sürücünün aqibəti necə oldu?

Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü işdən uzaqlaşdırılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən Oxu.az-a cavab olaraq bildirilib.
Vurğulanıb ki, araşdırma zamanı məlum olub ki, hadisə iddia olunduğu kimi Sumqayıt şəhərində deyil, Bakı şəhərində 18 saylı marşrut avtobusunda qeydə alınıb:
“Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü Elşən Şövkət oğlu Abdullayev daşıyıcı şirkət “Xaliq Faiqoğlu” tərəfindən artıq xətdən kənarlaşdırılıb, əmrinə xitam verilməsi qərara alınıb”.