Yaponiyada zəlzələ qurbanlarının sayı açıqlandı

Yaponiyada baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı ölənlərin sayı 220-yə çatıb, 1 014 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.