Yol polisi piyadalara müraciət etdi

Yol polisi piyadalara müraciət etdi

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Müraciətdə deyilir:

“Əziz piyadalar:

- paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

- yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

- qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

- çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

- balaca və asta addımlar atın;

- pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

- pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

- yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

- bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”

Geri qayıt