Rəisi açıqladı- MƏĞLUBİYYƏTƏ UĞRADI

HƏMAS əməliyyatın ilkin mərhələsində qələbə çaldı və İsrail və müttəfiqləri məğlubiyyətə uğradı.
ONN media xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
“Bu gün Əqsa döyüşünün ("Əqsa tufanı" əməliyyatı - red.) qalibi Fələstin, bu sahədə uduzan isə sionist rejim və onun tərəfdarlarıdır”, - Rəisi bildirib.
Onun sözlərinə görə, Fələstin məsələsi islam dünyası üçün hər şeydən üstündür.