Yeni Yasamalda yol buz bağlayıb, sürücülər sərnişinləri yarıyolda düşürüblər

Yeni Yasamalda yol buz bağlayıb, sürücülər sərnişinləri yarıyolda düşürüblər

Bu gün səhər saatlarında Yasamal rayonu ərazisində avtobuslar hərəkət etməkdə çətinlik çəkib. 

Dünən gecədən havanın şaxtalı keçməsi səhər saatlarında Yeni Yasamal massivi ərazisində avtobusların hərəkətində problem yaradıb.

Yolların buz olması səbəbindən avtobuslar hərəkət edə bilməyib. Nəticədə sərnişinlər avtobusları tərk etmək məcburiyyətində qalıblar.

Geri qayıt