İstanbulda metro tikintisi zamanı bina çökdü

İstanbulda metro tikintisi zamanı bina çökdü

Türkiyənin İstanbul şəhərinin Ümraniyə rayonunda metro xəttinin tikintisi zamanı yolda meydana gələn çökmə nəticəsində iki bitişik bina çöküb.

ONN media xəbər verir ki, bu barədə TRT Xəbər məlumat yayıb.

Bildirilib ki, hər iki bina əvvəldən boşaldıldığı üçün hadisə zamanı xəsarət alan olmayıb. Çökmə baş verən küçədə daha 5 bina təhlükəsizlik məqsədilə boşaldılıb.

Geri qayıt